Neftçilərinin orta aylıq pensiya məbləği açıqlanıb

19.09.2017 15:33

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya ilə təmin olunanların 28,3 min nəfəri neft sənayesində çalışmış şəxslərdən ibarətdir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin vətəndaşların pensiyalarının orta aylıq məbləği son altı ildə 26,7% artaraq 2011-ci ildəki 340 manatdan hazırda 430,8 manata çatıb.
Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə bu günlərdə "Əsrin müqaviləsi”nin davamı olaraq, "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilib və yenidən tərtib olunmuş sazişin imzalanması da ölkəmizin perspektiv inkişafında yeni dövr açır.
Respublikamızın neft sənayesində əldə olunan mühüm tarixi nailiyyətlər bu sahədə çalışan, ölkəmizin iqtisadi inkişafına dəyərli töhfələr verən insanlara dövlət qayğısının mütəmadi olaraq artması ilə müşahidə edilir. Bu amil Azərbaycan neftçilərinin pensiya təminatında da aydın şəkildə öz təsdiqini tapır. Neft sənayesinin ağır əmək şəraiti olan sahələrində işləyən vətəndaşlar qanunvericilikdə yaşa görə əmək pensiyası hüququ qazanmaq üçün müəyyən edilmiş yaş həddindən daha tez yaşa görə pensiyaya çıxmaq hüququna malikdirlər.
Bu gün Azərbaycan neftçiləri ölkəmizin sığorta-pensiya sisteminin ən fəal iştirakçıları sırasındadırlar. Belə ki, SOCAR Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanlarının sayına, eyni zamanda məcburi dövlət sosial sığorta haqlarının ödənişinə görə sığortaedənlər arasında ən yüksək xüsusi çəkiyə malik bir qurumdur. Yalnız bu ilin yanvar-avqust aylarında ARDNŞ tərəfindən neft sənayesində işləyən sığortaolunanlar üzrə ödənilən məcburi dövlət sosial sığorta haqqının məbləği 96 mln. manatdan çox olub.

© xezerxeber.az


521 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR