Kopenhagenə gedib "Qarabağ"ın oyununa baxmaq neçəyə başa gələcək? QİYMƏTLƏR - VİDEO

18.08.2017 20:59

Birinci sınağından üzü ağ çıxan qarabağ komandasına səfər oyununda da azarkeşlər dəstək olacaqlar. Bakıda keçirilən UEFA çempionalar liqasının pley of mərhələsinin ilk ev oyununda Tofiq Bəhrəmov adına Respublika Stadionu indiyə qədər görülməyən bir azarkeş coşqusuna şahid olmuşdu. İlk oyunda 1-0 qələbə qazanan "Qarabağ”ın Kopenhagendəki səfər oyununa da indidən turizm şirkətləri tur paketlər hazırlayıb.

Tofiq Bəhrəmov adına respublika stadionunda keçirilən Uefa çempionlar liqasının pley of mərhələsinin Qarabağ -kopenhagen oyununda biletlər demək olar ki,ç ox tez bir zamanda satılıb qurtarmışdı. Azarkeş dəstəyinin qarşılığını qələbəylə qaytaran "Qarabağ"in səfər oyununa da böyük maraq var.

Artıq bəzi turizm şirkətləri sırf oyun üçün üçün xüsusi paketlər hazırlayıblar.

Kopenhagendə keçiriləcək cavab oyununda Qarabağ Azərbaycan futbol tarixində bir ilkə imza ata bilər. Elə buna görə də yazılacaq bu tarixə canlı şahid olmaq istəyənlər də çoxdur.

Təklif edilən tur paketdə azarkeşlərin qarşılanma və yola salınma, aviabilet və oyun biletləri də olmaqla otel xərcləri də daxildir.Qiymətlər isə otelin və stadionda yerin qiymətindən asılı olaraq dəyişir. Otel və aviabilet birlikdə 1700 manatdan, stadionda yerlərin qiyməti isə 26 manatdan başlayır.

Kopenhagenə getmək üçün viza tələbi olduğundan oyuna getmək istəyən azarkeşlər bir neçə gün öncədən müraciət etməlidir. Oyun avqustun 23 də Bakı vaxtı ilə 22 :45 də başlayacaq.


© xezerxeber.az


994 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR