Balakəndə silsilə oğurluq edən şəxs saxlanıldı - VİDEO

13.01.2021 20:57

Balakəndə silsilə oğurluq edən şəxs saxlanıb. Onun mağazalara girib oğurluq etməsi təhlükəsizlik kameralarına düşüb. Həmin şəxs daxil olduğu iki mağazada ödəmə aparatlarını sındıraraq içərisində olan 9 min manata yaxın pulu götürüb.

Təxminən 1 ay müddətində 13 obyektdən oğurluq edib.

Mağazaların Təhlükəsizlik kameralarından da görünür ki, oğru o qədər təcrübə qazanıb ki, obyektə daxil olan kimi cəld işini görüb, aradan çıxır..

Balakən polisinə mağazalardan oğurluq olması barədə məlumat daxil olub. Keçirilən əməliyyatla qeyd edilən oğurluq əməllərini rayonun Qazma kənd sakini, əvvəllər məhkum olunmuş Mehdi Xəlilov tərəfindən törədilməsi müəyyən edilib. O,saxlanaraq istintaqa təhvil verilib. Telefon, ərzaq, elektronika, cehizlik əşyalar satılan mağazalara, eləcə də kafelərə üzündə maska, əllərində əlcəklə daxil olan Mehdi Xəlilov kassada olan pulları və müxtəlif əşyaları götürərək oradan uzaqlaşıb.

Araşdırmalarla müəyyən edilib ki, Mehdi Xəlilov oğurluq məqsədilə daxil olduğu iki mağazada ödəmə terminallarını sındıraraq 9 min manata yaxın pulu götürüb və müşahidə kamerasının yaddaş qurğusunu da özü ilə aparıb. Faktla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, saxlanan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

© xezerxeber.az


146 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR