Hollivudun məşhur cütlüyü boşanır

12.01.2021 17:56

Hollivudun ən çox qazanan aktyoru Corc Kluni və hüquqşunas xanımı Amal Kluni boşanır.

XəzərXəbər qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə nüfuzlu "Life & Style" jurnalı məlumat yayıb. Qeyd olunub ki, 2014-cü ildə ailə quran və iki övladı olan cütlük ayrılıq qərarı alıb.

İddia olunur ki, Corc uşaqların ABŞ-da, Amal isə İngiltərədə təhsil almasını istəyir. Bu fikir ayrılığı cütlük arasında mübahisəyə səbəb olub və münasibətləri korlanmağa başlayıb. Bu səbəbdən Kluni ailəsi ayrılıq qərarı alıb.

© xezerxeber.az


168 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR