Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

"Amfibiya adam" öldü

02.01.2021 18:44

Rusiya və keçmiş SSRİ-nin məşhur aktyoru Vladimir Korenev vəfat edib.

Bu barədə Stanislavski adına Elektroteatrın (keçmiş adı Stanislavski adına Moskva Dram Teatrı) direktoru İrina Zolina bildirib.

Korenev bu filmə tələbə olarkən çəkilib.

Korenev keçmiş sovet vətəndaşlarının yadında "Amfibiya adam” filmindən qalıb. O, 1940-cı ildə Sevastopol şəhərində anadan olub.

Film Aleksandr Belyayevin eyni adlı fantastik əsəri əsasında çəkilib. Filmin bir çox epizodları Bakıda çəkilib. Bu səbəbdən "Amfibiya adam" Azərbaycan tamaşaçılar üçün ikiqat maraqlı olub. Çünki kütləvi səhnələrdə Bakı sakinləri də çəkilib.

© xezerxeber.az


318 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR