Ermənistanda xaos hökm sürür - VİDEO

01.12.2020 21:59

Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar bu gün yenidən Maştoç prospektini bağlayıblar. Aksiya zamanı etirazçılar və polis arasında qarşıdurma yaşanıb.

Xezerxeber.az-ın məlumatına görə, aksiya iştirakçıları polis qüvvələrinin sərt müqaviməti ilə üzləşiblər. Polislər narazı kütləni dağıtmaq üçün zorakılığa yol veriblər. Onlarla etirazçı saxlanaraq polis bölmələrinə aparılıb.

Aksiya zamanı hətta media işçiləri də polisin hücumuna məruz qalıblar. Polislər hadisə yerində çəkiliş aparan operatorlardan birini sürüyüblər.

Qarabağ müharibəsində itkin düşən əsgər valideynləri də etiraz aksiyalarına ara vermirlər. Hərbi hissələrdən birinin yaxınlığında toplaşan əsgər valideynləri və onların yaxınları döyüşlərdə itkin düşən əsgərlərin tapılmasını tələb ediblər. Valideynlərdən biri 45 gündür övladından xəbər almadığını və ona heç bir kömək göstərilmədiyini bildirib.

İtkin düşən hərbçilərin axtarılması ilə bağlı aparılan işlərdən narazı qalan valideynlər Ermənistan Müdafiə Nazirliyinin önündə də etiraz aksiyası keçiriblər. Onlar Müdafiə Nazirliyinin binasına daxil olmağa çalışsalar da, polisin müdaxiləsi ilə üzləşiblər.

Baş nazirlə görüşdə aldıqları cavabdan qane olmayan əsgər valideynləri çarəni Müdafiə Nazirliyinə gəlməkdə görsələr də, orda da ümidverici məlumat əldə edə bilməyiblər. Aksiya zamanı valideynlərdən biri Nikol Paşinyana qarşı sərt ifadələr işlədib.

"Baş nazir hardadır? Hökumətdə kimsə yoxdur. Ölü bitlər var. Baş nazir yoxdur. O bizi incitdi. Paşinyanın bizim üçün heç bir dəyəri yoxdur ",- deyə valideyn bildirib.

Hakimiyyətdən narazı kütlənin etirazları "Mənim Addımım" hakim fraksiyasının deputatlarına qarşı da davam edir. Etirazçılar millət vəkilləri Karen Saruxanyan və Ovik Ağazaryanın evləri önündə "siz satqınsınız" kimi şüarlar səsləndiriblər. Etirazçılar Deputat Koryun Mkrtçyanın evi önündə isə "Nikol xaindir", "ölkədə özbaşnalığa son qoyulmalıdır",- deyə qışqırıblar.

Bu arada, Ermənistanda hakim "Mənim Addımım" partiyasının daha bir üzvü istefa verib. Qor Gevorkyan hakim fraksiyadan çıxdığını bildirib. O, bununla bağlı feysbuk səhifəsində paylaşım edərək bundan sonra müstəqil deputat kimi fəaliyyət göstərəcəyini qeyd edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Atif

© xezerxeber.az

FOTOQALERIYA






311 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR