Uzun müddətdir xəstəxanada müalicə alan qazimiz evinə dönən zaman belə qarşılandı - VİDEO

01.12.2020 20:14

Füzuli uğrunda gedən qanlı döyüşlərdə yaralanan və uzun müddət reanimasiyada həyatda qalma savaşı verən qəhrəman könüllü döyüşçü Ayaz Allahverdiyev bu gün sağalaraq evinə dönüb.

Xezerxeber.az-ın məlumatına görə, ailənin tək oğlunu anası və atası sevinc gözyaşları ilə qarşılayıb, qurban kəsiblər.

Ayaz Allahverdiyev sentyabrın 21-də valideynlərindən xəbərsiz təlimlərə qatılıb, sonra döyüşə yollanıb. Füzuli şəhəri və onun kəndləri uğurunda gedən qanlı döyüşlərdə iştirak edərək düşmənə qan uddurub. Qorxmadan, gözünü qırpmadan düşmənə sinə gərən Ayaz və silah yoldaşları bir neçə kəndin alınmasında böyük şücaət göstəriblər. Ayaz oktyabrın 20-də Ələsgərli kəndi uğurunda, Şuşaya gedən yolun azad olunması zamanı ağır yaralanıb.

Gərgin keçən gündə Ayazgil Ermənistan silahlı qüvvələrinin 22 saylı hərbi hissəsinin xüsusi təyinatlıları ilə döyüşüblər. 6 nəfərlik qurupun 4 üzvü şəhid olub. Ağır yaralanan Ayaz və Tərlan sürünərək gələn dəstək qrupu nəticəsində sağ qalmağı bacarıblar.

8 gün reanimasiyada yatan Ayazın ilk əməliyyatı uğurla tamamlanıb. Övladlarının qalib döyüşçü kimi qarşılayan valideynlərin isə sevincinin həddi-hüdudu yoxdur.

Hamıya nümunə olacaq şərəfli döyüş yolu keçərək ağır yaralanan Ayazın əsas sözü "Vətən sağ olsun", "canımız vətənə qurban olsun"dur. İgidlərimizin döyüş meydanında göstərdikləri belə fədakarlıqlar bu gün qələbəni bayram etməyimizin əsas səbəbidir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Atif

© xezerxeber.az

FOTOQALERIYA






364 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR