Abşeron və Bərdə rayonlarında ağır yol qəzaları - 3 ölü, 4 yaralı var - VİDEO

22.11.2020 20:31

Bərdə rayonunda iki avtomobilin toqquşması ölümlə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, qəza hadisəsi Bərdə-Tərtər yolunda baş verib.

Minik avtomobillərinin toqquşması zamanı maşınlardan biri yanıb. Qəza nəticəsində Kəlbəcər rayon sakini Ədalət Camalov və Samir Abbasov dünayasını dəyişib. Bərdə rayon sakinləri - Rövşən Rəhimli, Elgiz Məmmədov və Tərtər rayon sakinləri - İsgəndər Əliyev, Elşad Abbasov isə xəsarət alıblar.

Abşeron rayonu Ceyranbatan qəsəbəsində də qəza olub. İki avtomobil toqquşub, sonra avtomobillərdən biri yük maşınına çırpılıb. Qəza nəticəsində avtomobildə olan 41 yaşlı Ruhiyyə İbrahimova hadisə yerində dünyasını dəyişib. Qəzaya düşən digər sürücü hadisə yerindən qaçıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






200 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR