Qarabağ qazisi Rüstəm Səmədov onlarla hərbçimizin həyatını xilas edib - VİDEO

22.11.2020 21:52

Birinci Qarabağ müharibəsində can qoyduğu torpaqlara bu dəfə can xilas etmək üçün könüllü yollandı. Həkim cərrah Rüstəm Səmədov 1992 ci ildə döyüşüb yaralandığı torpaqları yenidən xilas etmək üçün üz tutdu cəbhəyə. Bu dəfə o, əsgərlərimizin həyatını xilas etmək kimi şərəfli bir missiya götürdü çiyinlərinə. Döyüşlər başlayan gündən bitənə qədər gecə-gündüz demədən hər bir igidimizin ümid yeri oldu...

Xezerxeber.az-ın məlumatına görə, Rüstəm Səmədov deyir ki, keçmiş döyüşçü kimi ömürünün hər anında Qarabağ onunla olub. Aprel və Tovuz döyüşlərində iştirak üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə dəfələrlə müraciət edib. Lakin o, döyüşçü kimi çağırılmayıb. Həkim kimi çağırıldıqda isə az qala uşaq kimi sevinib.

Həkim düşünür ki, şanlı tarixin yazıldığı Vətən müharibəsindən kənarda qalmaq ömürlük bir dərd kimi həyatının sonuna qədər onu qarabaqara izləyərdi. Cəbhədə gördüyü döyüş əzmi isə yenidən onu cavanlığına, Füzuli döyüşlərinə qaytarıb.

Həkim Rüstəm Səmədov deyir ki, yaralı hərbçilərimizin döyüş rəşadətini heç vaxt unutmayacaq. Həmin anların şahidi olmaq, onlardakı mübarizliyi görmək isə həyatı boyunca ən xoş an kimi yadında qalacaq hisslər olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






534 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR