Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

8 yaşlı məktəblinin əsgərlərə yazdığı məktub hər kəsi kövrəltdi - VİDEO

21.11.2020 20:38

8 yaşlı məktəblinin əsgərlərə yazdığı məktub cavabsız qalmayıb. Bir müddət sonra hərbçilər onlara məktubun cavabı ilə yanaşı, ailəsinin didərgin düşdüyü Qubadlıdan torpaq da göndəriblər. Bu hədiyyə 8 yaşlı uşağın ailəsinin hədsiz sevincinə səbəb olub.

 

Əsgərlərə yazdığı məktubun cavabında Qubadlı toprağı göndərdilər.

 

Sumqayıtda yaşayan 8 yaşlı Əli Əhmədli vətənpərvərlik ruhunda böyüdülüb. Döyüşlərin getdiyi bir vaxtda da əsgərlərimizə məktub yazıb. O, məktubunda torpaqlarımızın işğaldan azad edilməsindəki şücaətlərinə görə hərbçilərimizə təşəkkür edib.

 

Əlinin məktubu tez bir zamanda cavablandırılıb. Hərbiçilər ona Qubadlıdan torpaq göndəriblər.

 

Əli Əhmədlinin ailəsi Qubadlıdan olan məcburi köçkündür. Ailə üzvləri doğma yurdlarından göndərilən torpağın onlar üçün əvəzsiz hədiyyə olduğunu deyiblər. Öz dədə-baba yurdlarına qayıdacaqları günü də səbrsizliklə gözlədiklərini bildiriblər.

 

Azyaşlı Əli isə Qubadlını heç vaxt görməsə də, tezliklə oraya getmək istədiyini bildirib.

 

© xezerxeber.az

FOTOQALERIYA






500 dəfə oxunub

XƏBƏRLƏR

30.11.2020 14:02

Kanada qadağanı uzatdı

ÇOX OXUNANLAR