Azərbaycanda vəzifəli şəxs iş otağında dünyasını dəyişib

19.11.2020 17:26

Göyçay rayon Təhsil şöbəsinin müdiri dünyasını dəyişib.

Trend-in məlumatına görə, şöbə müdiri, 1965-ci il təvəllüdlü İsmayılov Elnur Siracəddin oğlu iş otağında olarkən qəfil halı pisləşib. Şöbə əməkdaşları onu təcili Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, şöbə müdirinin həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq E.İsmayılov dünyasını dəyişib.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, E.İsmayılov ürək tutmasından dünyasını dəyişib.

© xezerxeber.az


491 dəfə oxunub

XƏBƏRLƏR

30.11.2020 14:02

Kanada qadağanı uzatdı

ÇOX OXUNANLAR