Düşmən mülki əhalimizi qorxutmaq və ya təxribat törətmək üçün əlindən gələni edir. Bu dəfə Ermənistan ordusu Tərtərə fosforlu mərmilər atıb.
Xezerxeber.az-ın məlumatına görə, düşmənin atdığı 2 top mərmisi Tərtərin Səhləbad kəndinin boş ərazisinə düşüb, amma mərmilər partlamayıb.
ANAMA-nın əməkdaşları mərmilər ətrafında qazıntı işləri aparandan sonra fosforlu olduğu müəyyən edilib və ərazidən insanlar uzaqlaşdırılıb. Sonra isə xüsusi əməliyyatla mərmilər zərərsizləşdirilib.
ANAMA-nın əməliyyat meneceri Mədət Məmmədov bildirib ki, aşkarlanmış partlamamış mərmilərin daşınması mümkün olmadığı üçün yerində zərərsizləşdirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: