Ekstremist qruplaşmanın rəhbəri Dağlıq ​​​​​​​Qarabağa vuruşmağa yola düşdü - FOTO

30.10.2020 23:25

Sağçı "Zouaves Paris" qruplaşmasının lideri Mark de Kakkere-Valmenir özünün "Instagram" səhifəsində bildirib ki, Dağlıq Qarabağa ermənilərlə birlikdə vuruşmağa yola düşüb.

Bu barədə "Liberasen" xəbər verir.

Mark de Kakkere-Valmenir bu barədə paylaşımında "Kalaşnikov" avtomatı ilə hərbi formada şəklini də paylaşıb. Fotoda "İstiqamət: cəbhə" yazılıb. O həmçinin yerli hakimiyyətlə əməkdaşlıq edərək "xarici könüllülər briqadası"nı yaratmaq arzusu barədə də bildirib.

Sağçı qruplaşmanın lideri özünü birbaşa faşist adlandırır, lakin öz qruplaşmasını belə adlandırmır. Onun qruplaşması "Zouaves Paris" sağçı ekstremistlər Parisdə zorakılığın əsas təhrikçisi olan qruplaşmadır.

Onun sözlərinə görə, bu qruplaşma küçələri qorxuda saxlamaq üçündür.

© xezerxeber.az

FOTOQALERIYA






443 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR