Bərdənin Qarayusifli kəndində son vəziyyət - VİDEO

28.10.2020 21:05

Erməni vandalizminin daha bir nümunəsi dünən Bərdənin Qarayusifli kəndində yaşandı. Kəndə atılan atəş nəticəsində mülki əhali hədəf seçildi və neçə-neçə insanın həyatına son qoyuldu. Amma baş verənlərə baxmayaraq, Qarayusifli kəndinin sakinləri öz dədə-baba yurdlarını tərk etməyəcəklərini bildirirlər.

Bura erməni terrorunun növbəti ünvanı - Bərdənin Qarayusifli kəndidir.

Dinc əliyalın sakinlər dünən bu kəndə atılan raket nəticəsində həyatını itirdilər, ağır yaralar aldılar.

Bu gün isə bu kənddə həyat öz axarı ilə davam edir. Başlarına gələn acılara baxmayaraq, kənd sakinləri gündəlik işləri ilə məşğuldurlar.

Kənd sakinlərinin sözlərinə görə, ermənilər mülki əhalini hədəf seçməklə insanlar arasında panika və qorxu yaratmaq istəyirlər. Amma onların bu istəkləri elə istək kimi qalacaq. Belə olaylar insanları bir-birlərindən uzaqlaşdırmaq əvəzinə, daha da möhkəmləndirir.

Qeyd edək ki, Qarayusifli kəndinə atılan raket nəticəsində 4 nəfər həyatını itirib.

© xezerxeber.az

FOTOQALERIYA






160 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR