"Barselona"nın gənc futbolçusu "Yuventus"a keçə bilər

27.10.2020 18:31

İspaniyanın "Barselona" klubunun futbolçusu Ansu Fati karyerasını İtaliyada davam etdirə bilər.

"Calcio Mercato" xəbər verir ki, 18 yaşlı hücumçu ilə "Yuventus" maraqlanır.

Turin təmsilçisi yay transfer dönəmində gənc oyunçu üçün Kataloniya klubuna 120 milyon avro təklif etməyə hazırlaşır.

Qeyd edək ki, Ansu Fati cari mövsüm La Liqada 5 oyunda meydanda olub. O, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

© xezerxeber.az


314 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR