Ermənistan işğalı kənd təsərrüfatımıza 20 milyard manatdan çox zərər vurub - VİDEO

27.10.2020 19:10

Ermənistan tərəfindən Dağlıq Qarabağ və ətraf rayonların işğalı nəticəsində kənd təsərrüfatı potensialımızın 8%-dən çox hissəsi istifadə olunmayıb. Aqrar Tətqiqatlar Mərkəzinin araşdırmalarına görə, 28-30 il ərzində kənd təsərrüfatımıza 20 milyard manatdan çox ziyan dəyib. Bu isə bütöv azərbaycanın 3 illik kənd təsərrüfatı məhsulu nisbətində itki deməkdir.

Ermənistanın işğalı nəticəsində Azərbaycanın kənd təsərrüfatına 20 milyard manatdan çox ziyan dəyib. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tətqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib ki, torpaqlar işğaldan tam azad edildikdən sonra 155 min hektar sahə yenidən əkin dövriyyəmizə cəlb olunacaq. Bu regionda yaradılacaq istehsalın dəyəri indiki kənd təsərrüfatı istehsalı göstəricilərinə nisbətdə 8 faizdən yuxarı olacaq.

Firdovsi Fikrətzadə bildirib ki, işğaldan azad edilən rayonlarda kənd təsərrüfatının bərpası nəticəsində böyük həcmdə ət və süd məhsulları istehsal ediləcək. Bununla da, ölkəmizə heyvandarlıq məhsulları üzrə 200 milyon dollardan yuxarı idxalı əvəz etmək imkanı yaranacaq.

Qurum rəsmisi bildirib ki, eyni zamanda bu rayonlarda heyvandarlıqla yanaşı, üzüm və pambıq plantasiyaları da salınacaq, tərəvəz və tütün istehsalı imkanları genişləndiriləcək.



© xezerxeber.az


193 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR