“General Həzi Aslanov” gəmisində partlayış oldu

24.10.2020 23:52

Rusiyanın neft daşıyan tankerində partlayış baş verib.

Rusiyanın Azaov dənizində üzən "General Həzi Aslanov” neft tankerində iki partlayış baş verib. Gəmidən 13 heyət üzvündən 10 nəfər xilas edilib, 3 nəfərin axtarışları aparılır.

Tanker Rusiyanın Rostov vilayətinin "Qafqaz” limanından yola düşüb. İlkin məlumata görə, tankerdə yük olmayıb, partlayış neft məhsullarının buxarından yaranıb. Hazırda hadisə yerinə üç xilasetmə gəmisi yaxınlaşır.

© xezerxeber.az


363 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR