Avropa İttifaqı Gürcüstanı təhlükəsiz ölkələr siyahısından çıxardı

22.10.2020 11:30

Gürcüstan Avropa İttifaqının təhlükəsiz ölkə siyahısından çıxarılıb.

Bu barədə "Rustavi 2” telekanalı məlumat yayıb.

Pisləşən epidemioloji vəziyyətlə əlaqədar Gürcüstanla bərabər Kanada və Tunis də Aİ-nin təhlükəsiz ölkələr siyahısından çıxarılıb.

Digər dəyişikliyə əsasən Aİ olmayan doqquz ölkə - Avstraliya, Çin, Yeni Zelandiya, Ruanda, Sinqapur, Tailand, Uruqvay, Cənubi Koreya və Yaponiya təhlükəsiz ölkələr elan edilib./oxu.az

© xezerxeber.az

FOTOQALERIYA






141 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR