Braziliyada pandemiyadan ölənlərin sayı 155 mini ötdü

22.10.2020 09:28

Braziliyada son sutka ərzində daha 24 818 nəfərin koronavirus infeksiyasına yoluxub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, son gün ərzində 571 nəfərin isə bu virusdan ölüb.

İndiyədək ümumilikdə 5 298 772 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4,7 milyon pasiyent müalicə olunaraq sağalıb. Bu müddət ərzində 155 403 koronaviruslu xəstə dünyasını dəyişib.

Bu ölkə ən çox yoluxma sayına görə ABŞ və Hindistandan sonra üçüncü yerdədir./report

© xezerxeber.az


139 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR