Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Prezident: Əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır

20.10.2020 15:10

"Bir daha mən bəyan edirəm ki, bütün verilmiş vədləri mən yerinə yetirirəm. Bütün verilmiş vədlərə sadiqəm”.

Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

"Mənim Prezident kimi fəaliyyətim üçün əsas məsələ, mənim əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir. Bu gün biz bunu edirik. Döyüş meydanında 30 ilə yaxın aparılan danışıqlar heç bir nəticə vermədi. İşğal edilmiş torpaqlarda Ermənistan tərəfindən qurulmuş istehkamlar onu göstərir ki, onlar bu torpaqları bizə vermək fikrində deyildilər. Sadəcə olaraq bizi və beynəlxalq vasitəçiləri aldadırdılar. Sadəcə olaraq vaxt uzadırdılar. Bununla bərabər işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparırdılar”,- deyə Prezident əlavə edib.

© xezerxeber.az


172 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR