Bir gündə ermənilər əlindən 5 ailə üzvünü aldı - VİDEO

18.10.2020 22:15

Düşmən terroru Gəncədə bir ailənin faciəsinə səbəb olub. 8 nəfər ailə üzvündən 5-i dünyasını dəyişib. Onların arasında 10 aylıq körpə də var. Ailə üzvlərindən dünyasını dəyişən 15 yaşlı Nigarın isə bu gün ad günü olacaqdı.

Erməni terrorunun qurbanları bu dəfə də dəyişmədi: mülki vətəndaşlar, əsasən də uşaqlar.

Ötən gecə düşmənin atdığı raketlər nəticəsində dağıntılar altında qalaraq ölən şəxlərdən biri Nigar Əsgərovanın bu gün ad günü idi. Ailə üzvləri bir yerə yığışıb onun 15 yaşını qeyd edəcəkdilər. Lakin erməni vəhşiliyi onun və yaxınlarının həyatına son qoydu. 8 nəfərlik ailədən 5 nəfər həmin gecə dünyasını dəyişdi.

Rövşən Əsgərov da dağıntılar altından çıxarılıb. Xəsarət alan anası və oğlu isə xəstəxanaya yerləşdirilib. Əsas faciə odur ki, Rövşənin kiçik bacısı və onun 10 aylıq körpəsi də dağıntılar altında qalaraq dünyasını dəyişiblər. Gənc ana Sevil Talıbova və körpəsi bir yerdə dəfn olunublar.

Onlar bildirirlər ki, düşmən ordumuzun qarşısında tab gətirə bilmədiyindən dinc sakinləri hədəfə alıb. Ancaq inanırlar ki, rəşadətli ordumuz onlara layiqli cavabı verir və bundan sonra da verəcək.

© xezerxeber.az


377 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR