Düşmən müqavimətini itirib - Ermənistan rəhbərliyi terrora əl atıb - VİDEO

17.10.2020 19:51

Ordumuzun qüdrəti qarşısında aciz qalan düşmən çirkin ənənəsinə sadiq qalaraq mülki əhalini və obyektləri atəşə tutur. Bu, beynəlxalq müharibə cinayəti hesab olunur. Azərbaycan Ordusu isə Ermənistanın mülki əhalisinə deyil, məhz hərbi obyektlərini məhv etməklə onun layiqli cəzasını verir.

Xezerxeber.az-ın məlumatına görə, bunu beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov deyib.

O bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu cür əməllərə əl atmasının kökündə onların cəbhədə məğlubiyyətləri, Azərbaycan Ordusunun üstünlüyü dayanır. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutması Ermənistan rəhbərliyinin terrorçu xislətini bir daha ortaya qoyur.

Tarixçi alim, professor Kərim Şükürov isə deyib ki, düşmən mövqe, texnika və canlı qüvvə baxımından böyük itkilərə məruz qalıb. Bütün müqavimət imkanlarını itirib. Elə bu səbəbdəndir ki, beynəlxalq qanunvericiliyi, Cenevrə konvensyalarının tələblərini kobud şəkildə pozaraq mülki əhalini hədəfə alır.

Kərim Şükürov qeyd edib ki, Ermənistan nə qədər gec deyil, işğal etdiyi torpaqları boşaltmalıdır. Onsuz da gedişat onu göstərir ki, Azərbaycan öz torpaqlarının hamısını işğaldan azad edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






200 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR