Fernandeşdən Sulşer açıqlaması: "Yazılanlar doğru deyil"

15.10.2020 16:15

"Mançester Yunayted"in futbolçusu Brunu Fernandeş Premyer Liqada "Tottenhem"ə qarşı matçın (1:6) fasiləsində əvəzlənməsi ilə bağlı baş məşqçi Olq Qunnar Sulşerlə mübahisə etməsi barədə xəbərlərə münasibət bildirib.

O, yazılanların doğru olmadığını söyləyib:

"Məsələ ilə bağlı çoxlu spekulyasiyalar edildi. Əvvəl dedilər ki, komanda yoldaşlarmla mübahisə etmişəm, sonra yazdılar ki, Viktor Lindelöflə dalaşmışam. Heç biri tutmadı. Axırda dedilər ki, guya Sulşerlə mübahisə etmişəm. Bu xəbərlərin hamısı səhvdi. Komandaçın ziyanına olacaq heç nə etməmişəm"./sportal

© xezerxeber.az


434 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR