Sakinlər təhlükədədir - Yaşayış binası hər an çökə bilər - VİDEO

26.09.2020 20:43

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində iki bloklu bir yaşayış binası hər an çökə bilər. Bu binada yaşamağın təhlükəli olduğuna dair akt tərtib olunsa da, 12 ailə hələ də orda qalır. Problem niyə həll olunmur ? 

 


 

 

Pilləkənlər dağılıb, döşəmə çöküb, divarlar isə hər an uça bilər... Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Seymur Quliyev küçəsindəki ikimərtəbəli bu bina yaşayış üçün tam yararsızdır.

 

 

12 ailənin yaşadığı bina 1951-ci ildə tikilərək istifadəyə verilsə də, hazırda istismar müddətini başa vurub.

 

 

Sakinlər deyirlər ki, aidiyyəti qurumların nümayəndələri binaya dəfələrlə baxış keçiriblər. Hətta binada yaşayışın təhlükəli olduğuna və ailələlərin köçürülməsinə dair akt da tərtib ediblər.

 

 

Məsələyə münasibət bildirən Ceyranbatan qəsəbəsi üzrə icra nümayəndəsi Müsviq İsmayılov sakinlərin müraciətinə əsasən aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə binaya texniki baxış keçirildiyini deyib.

 

 

İcra nüməyəndəsinin sözlərinə görə, binadan sakinlərin köçürülməsi üçün Nazirlər Kabineti qərar verməlidir.

© xezerxeber.az

FOTOQALERIYA






348 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR