Ermənistan Qarabağda PKK-çıları yerləşdirdi - Əvəzində raket veriləcək

21.09.2020 10:28

Ermənistan işğal etdiyi Dağlıq Qarabağa PKK terror qruplaşmasının üzvlərini yerləşdirib.

Bu barədə "Cairo24” nəşri məlumat yayıb.

Nəşr Ermənistanın İrandakı sabiq səfiri Qraçya Poladyanın PKK terrorçularının Qarabağa gedən istiqaməti ilə bağlı planını paylaşıb. Poladyan PKK-çıların Qarabağa yerləşdiyini söyləyib.

Verilən məlumata görə, iyul ayında İraqdan İranın Urmiya şəhərinə aparılan 25 PKK-çı burada bir müddət qaldıqdan sonra Ermənistana keçib. Sentyabr ayının əvvəllərindən Suriyanın Qamışlı bölgəsindən gətirilən 250 nəfərlik terrorçu qrup yenə İran vasitəsilə Ermənistana keçirilib.

Ermənistan PKK-nın bu həmləsinə qarşılıq olaraq Türkiyə Silahlı Pilotsuz Uçuş Aparatlarına qarşı istifadə edilmək üçün Rusiya istehsalı olan raket verəcək./publika.az

© xezerxeber.az


190 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR