Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Yevlaxda pambıq yığımına başlanıb - VİDEO

19.09.2020 21:31

Yevlaxda pambıq yığımına başlanıb.

Xezerxeber.az-ın məlumatına görə, kombaynlar işləyir, sahələrdə qızğın iş gedir.

Bu il Yevlax rayonunda 2330 hektar pambıq əkilib, 249 təsərrüfatda əkilən "ağ qızıl"a aqrotexniki qaydalarla yüksək qulluq göstərilib. Təsərrüfat sahibləri sahələrdən yüksək məhsuldarlıq gözləyirlər.

Yevlaxda daha çox məhsuldar sortların əkilməsinə üstünlük verilib. Pambıq sahələrindən bu il 30 sentnerdən artıq məhsul yığılacağı gözlənir.

Xatırladaq ki, ötən il Yevlax rayonunda 2406 hektarda pambıq becərilib, bundan 6348 ton pambıq istehsal olunub və məhsuldarlıq 26,4 sentner olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






272 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR