Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

QORXULU PROQNOZ: COVID-19 mövsümi xəstəliyə ÇEVRİLƏ BİLƏR

18.09.2020 22:55

Koronavirus insan populyasiyasına uyğunlaşmağı bacarıb, bu səbəbdən mövsümi infeksiyaya çevrilə bilər.

XəzərXəbər xəbər verir ki, "Rospotrebnadzor”un (Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, dünyada COVID-19-dan ölüm nisbəti 7,2 faizdən 3,2 faizə qədər azalıb:

"Ölüm səviyyəsinin qlobal miqyasda azalması, yalnız müalicə üsullarındakı irəliləyişi deyil, həm də virulent xüsusiyyətlərin mümkün zəifləməsini də əks etdirə bilər”.

Mütəxəssislərin fikrincə, bu proses virusun insanlara uyğunlaşmasının davam edəcəyini göstərir. Bu da yeni tip koronovirusun mövsümi KRVİ patogenlərinin strukturuna inteqrasiyasına səbəb ola bilər. / "Oxu"

© xezerxeber.az


243 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR