Vətəndaşlar "karantin oteli"ndən QAÇMAQ İSTƏDİLƏR

18.09.2020 15:16

Batumidə vətəndaşlar karantin otelindən qaçmağa cəhd göstəriblər.

Bu barədə "Mtavari Arkhi" kanalı məlumat yayıb.

Vətəndaşların sözlərinə görə, karantin 8 gün olmasına baxmayaraq onlar 10 gün saxlanılıblar:

"Dünən test götürdülər və cavabın gələcəyini dedilər, lakin hələ də gəlməyib. Nə edək? Bizə yazıqları gəlmirmi? Evə getmək istəyirik, hər birimizin ailəsi var, problemlərimiz var, biz də insanıq!”, - deyə karantində olan vətəndaşlar bildiriblər.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı polis araşdırmaya başlayıb./Publika.az

© xezerxeber.az


130 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR