Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə getmək olacaq - VİDEO

16.09.2020 21:25

Türkiyə ilə Azərbaycan arasında viza rejimi ləğv ediləcək. Bunu Xarici işlər nazirinin müavini Xələf Xələfov bu gün keçirilən vebinarda deyib. Qeyd edilib ki, qardaş ölkəyə şəxsiyyət vəsiqəsi ilə gedib-gəlmək mümkün olacaq. Bu arada Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin 2023-cü ilədək 15 milyard dollara çatdırılması hədəflənir.

 

 

Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedib-gəlmək mümkün olacaq.

 

 

Bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyə Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri" adlı vebinarda deyib. O bildirib ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər elə bir səviyyədədir ki, iki ölkə arasında viza rejimi olmamalıdır. Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri zamanı Mövlud Çavuşoğlu ilə görüşdə hər iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərləri məsələsi müzakirə olunub.

 

 

Qeyd edilib ki, Azərbaycan Türkiyənin addımlarını birmənalı dəstəkləyir. Azərbaycan və Türkiyə münasibətləri indiki qədər heç vaxt belə yüksək səviyyədə olmayıb. Vebinarda Ermənistanın təxribatçı əməllərinə də toxunulub. Qeyd edilib ki, Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Misirdəki bəyanatı təxribat xarakterlidir. Bu cür çıxışlar Ermənistanın bütün bölgəyə, xüsusilə də Türkiyəyə qarşı təcavüzkar siyasətinin məntiqi davamıdır.

 

Xələf Xələfov deyib ki, Azərbaycan öz torpaqlarını azad edəcək. Torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Türkiyən Xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıran da bildirib ki, Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çəkilməlidir. Ermənistanın işğalçılıq siyasəti regionun inkişafı önündə bir əngəldir.

 

Vebinarda Türkiyə və Azərbaycan hərbi təyyarələrinin ötən günkü birgə uçuşuna da toxunulub.Qeyd edilib ki, bu, iki ölkə arasında dostluq və qardaşlıq duyğusunun gücünü bütün dünyaya nümayiş etdirib.

© xezerxeber.az

FOTOQALERIYA






304 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR