Kürdə suyun səviyyəsi azalır - Səbəb nədir? - VİDEO

16.09.2020 20:40

Kürdə suyun səviyyəsi yenidən aşağı düşüb. Çayın sululuğunun azalması ətraf rayonlarda yaşayan sakinlərin gündəlik həyatına birbaşa təsir edir. "Xəzər Xəbər" olaraq problemi aidiyyəti dövlət qurumları ilə birgə araşdırdıq. 3 dövlət qurumu məsələ ilə bağlı öz təkliflərini irəli sürüblər.

 

 

Bir müddət əvvəl suyun səviyyəsi nisbətən qalxmağa başlayan Kürdə sululuq yenidən azalıb. Çayın mərkəzi hissələrində böyük adacıqlar meydana gəlib...

 

 

Çayda suyun səviyyəsinin enməsini mütəxəssislərin bir qismi yağıntıların az olması ilə əlaqələndirsə də, Coğrafiya İnstitutundan problemin kökündə çayın üzərində tikilən su anbarlarının dayandığı bildirilib. İnstitutun şöbə müdiri Mirnuh İsmayılovun sözlərinə görə, anbarlar tikilərkən düzgün planlaşdırılma aparılmadığından çayların sululuğunda belə problemlər yaranır. Hətta bəzi çaylar tamamilə quruyur.

 

 

"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov isə bu iddia ilə razılaşmır. O deyir ki, anbarlarda istifadə olunan su yenidən çaylara axıdıldığından hansısa problemə səbəb ola bilməz.

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mərkəz direktoru Asif Verdiyevin sözlərinə görə, Kür çayının səviyyəsi düşsə də, yağışlı günlərin gəlməsi ilə bu problem aradan qalxa bilər.

 

 

Qeyd edək ki, bu ilin iyul ayında Kürün səviyyəsi sürətlə enməyə başlayıb. Sentyabr ayının əvvəllərində çayda sululuq azca artsa da, bu günlərdə suyun səviyyəsi yenidən enməyə başlayıb.

© xezerxeber.az

FOTOQALERIYA






268 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR