Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Türkiyə Milli Müdafiə nazirinin müavini: Biz daim azərbaycanlı qardaşlarımızın yanındayıq

16.09.2020 12:01

Azərbaycan və Türkiyə deyərkən əlavə sözə ehtiyac yoxdur. Bizim üçün Azərbaycan deyəndə o dəqiqə ağıllarda "Bir millət, iki dövlət” kəlamı, Bakıdakı türk əsgərlərinin məzarı canlanır. Biz daim azərbaycanlı qardaşlarımızın yanındayıq. Ehtiyac yaranarsa, o cümlədən Qarabağ probleminin həllində Türkiyə bütün imkanları - hərbi texnikası və ordusu ilə hər zaman qardaş Azərbaycanın yanındadır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyə Milli Müdafiə nazirinin müavini Alpaslan Kavaklıoğlu ifadə edib.

Azərbaycanla Türkiyənin bütün imkanları dəyərləndirdiklərini bildirən nazir müavini deyib: "Biz Azərbaycanla birik, bərabərik və hər zaman qardaş ölkənin yanındayıq. Türkiyə olaraq bunu hər zaman bütün dünyaya açıq şəkildə bəyan edirik”.

© xezerxeber.az


79 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR