Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Xırdabuynuzlu heyvan və ev quşları oğurlayan şəxslər saxlanılıblar - FOTO

16.09.2020 10:42

Xəzər Rayon Polis İdarəsi və 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda Binə qəsəbəsində fərdi təsərrüfatlardan xırdabuynuzlu heyvan və ev quşları oğurlayan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, əməliyyat nəticəsində Xəzər rayon sakinləri, əvvəl məhkum olunmuş Bəhlul Allahverdiyev və Nofəl Fərəcov tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı onların 7 evdən ümumilikdə 80 başa yaxın qoyun-quzu oğurladıqları məlum olub. Saxlanılan şəxslər ifadələrində törətdikləri qanun pozuntularını etiraf ediblər.

Qeyd edək ki, dəstə üzvləri tərəfindən oğurlanan xırda buynuzlu heyvanlardan bir qismi polis əməkdaşları tərəfindən onların yaşadıqları ünvanlardan aşkar edilərək sahiblərinə geri qaytarılıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

© xezerxeber.az

FOTOQALERIYA






132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR