Xəzər Xəbər

Azərbaycana ABŞ və Koreyadan gətirilən avtomobillərin sayı artır - VİDEO

Veb TV | 21:35 • 13 Sentyabr 2020
Azərbaycana ABŞ və Koreyadan gətirilən avtomobillərin sayı artır -

Son illər ölkəmizə Amerika və Koreyadan gətirilən avtomobillərin sayında kəskin artım müşahidə edilir. Bu işlə məşğul olan şirkətlərin sayı da hər keçən gün artır.

Xezerxeber.az-ın məlumatına görə, mütəxəssislər sürücüləri bu ölkələrdən avtomobil seçərkən diqqətli olmağa çağırır. Çünki verilən vədlər heç də hər zaman doğru çıxmır.

Avtomobil ustası Sahil Ağabəyli xaricdən gətirilən avtomobillərlə bağlı tez-tez rastlaşılan problemləri sadalayıb.

Ustanın sözlərinə görə, Koreyadan fərqli olaraq Amerikadan gətirilən avtomobillərlə bağlı daha dəqiq məlumat verilir. Amma bu avtomobillər də qəzalı və ölkəmizdə detalları baha olduğundan sürücülər üçün əlavə problemə səbəb olur. Ustanın sözlərinə görə, yaxşı olar ki, sürücülər sifariş verdikləri şirkətlə bütün təffərüatları razılaşdırdıqdan sonra ödəniş etsinlər. Əks halda daha ucuz maşın almaq adı ilə aldana və ikiqat xərcə düşə bilərlər.

Xaricdən gətirilən avtomobillərə sürücülərin münasibəti isə birmənalı deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar