Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Pekin aeroportlarında 600-dək reys təxirə salındı

12.08.2020 13:45

Çinin paytaxtı Pekində leysan yağıntıları ilə əlaqədar iki iri beynəlxalq hava limanında 600-ə yaxın reys təxirə salınıb.

Dasin hava limanında 246 reys ləğv edilib. Cədvələ əsasən, hava limanı planlaşdırılan uçuşların yalnız 40 faizini həyata keçirə bilib. Daha 44 reys isə ləngiyib.

Şoudu hava limanında isə 349 reys ləğv edilib, 130 reys isə ləngiyib.

Pekində gün ərzində 80 millimetrədək yağıntının düşəcəyi gözlənilir. Bəzi rayonlarda bu göstərici 200 millimetri də keçə bilər./Trend

© xezerxeber.az


166 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR