"Qarabağ" yatağının dayaq bloku ölkəmizə böyük fayda verəcək - VİDEO

11.08.2020 21:14

Neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan ''Qarabağ'' dayaq bloku layihəsi bir daha onu göstərdi ki, Azərbaycan şirkətləri beynəlxalq səviyyədə də iş aparmaq gücünə malikdirlər. Çünki bu layihənin ərsəyə gəlməsində əsas pay yerli mütəxəsisslərin üzərinə düşüb. Bununla yanaşı, layihənin həyata keçirlməsihəm də xarici neft şirkətlərinin azərbaycanın neft-qaz sənayesinə və potensialına marağını daha da artırır.

Texnoloji baxımdan nəhəng və mürəkkəb konstruksiya olan ''Qarabağ'' yatağının dayaq blokunun istifadəyə verilməsi Azərbaycanın qüdrətini növbəti dəfə göstərdi. SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Təbirlərin Təşkili İdarəsinin rəis müavini İbrahim Əhəmədovun sözlərinə görə, Azərbaycan tərəfindən müasir beynəlxalq tələblərə uyğun istehsal olunan bu qurğu Xəzər dənizində ən böyük platformadır. Bundan başqa,''Qarabağ'' yatağının dayaq bloku layihəsi göstərdi ki, Azərbaycan artıq investisiya yatıran və ya sərmayə yatırılan ölkə deyil, həm də böyük investisiya layihələrinin mühüm komponentlərini həll etməyi bacaran şirkətlər yetişdirmiş ölkədir. Yəni əvvəllər xarici şirkətlərin qazandığı böyük pulları indi yerli şirkətlər qazanır. Təbii ki, burada yerli mütəxəsisslərin hazırlanmasında dövlətin böyük rolu olub.

İbrahim Əhmədov qeyd edir ki,''Qarabağ'' dayaq bloku layihəsi bir daha göstərdi ki, xarici neft şirkətlərinin Azərbaycanın neft-qaz sənayesinə və potensialına marağı günü-gündən daha da artır. Məqsəd isə bu layihələrin şirkətlər üçün kommersiya baxımından daha da əlverişli olmasıdır.

Qarabağ dayaq bloku layihəsi ilə yanaşı Azərbaycanda bütün neft-qaz layihələrihazırda uğurla icra edilir.Buna nümunə olaraq "Azəri-Çıraq-Günəşli", "Şahdəniz-2", "Abşeron", "Şəfəq-Asiman" və digər layihələri göstərmək olar. Azərbaycan nəhəng enerji layihələrini reallaşdırmaqla həm də Avrasiyanın yeni enerji xəritəsini tərtib edir.

© xezerxeber.az


359 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR