Binaya sonradan əlavə edilən 2 mərtəbə söküləcək - VİDEO

10.08.2020 20:45

Paytaxtın Suraxanı rayonunda yerləşən 15 mərtəbəli binanın üzərində qanunsuz tikilən əlavə 2 mərtəbə söküləcək. Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılacaq söküntü işlərinə yaxın günlərdə başlanacaq.

 

 

Yaşayış olan 15 mərtəbəli binanın üzərində qanunsuz tikilən əlavə 2 mərtəbə söküləcək.

 

 

 

Hadisə ilə bağlı bəzi Kütləvi informasiya vasitələrində, eləcə də xəzər televizyasında efirə getmiş süjet aidiyyəti qurumları hərəkətə keçirib. Belə ki, paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ''V'' massivi, 13 M ünvanında yerləşən 15 mərtəbəli binada yaşayan sakinlər tikintinin aparılması səbəbindən təhlükə ilə üz-üzə qaldıqlarını bildirirlər. Çünki, tikinti aparılan zaman, tikinti materiallarının qalıqları yerə düşür ki,bu da sakinlərin xəsarət alma ehtimalını artırır.

 

 

Fövlqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsilziyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov ''XəzərXəbər''ə bildirib ki,ümumilikdə 15 mərtəbəli binanın tikintisinə 2008-ci il də Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilib. 2010-cu ildə isə binanın tikintisi başa çatdırılsa da, istismarına icazə verilməyib.Bundan sonra isə 2018-19-cu illər ərzində ''Badü Kübə'' korporativinin rəhbərliyi tərəfindən binada yaşayış ola-ola üzərində əlavə 2 mərtəbənin qanunsuz tikintisinə başlanılıb.

 

 

Elxan Əsədov qeyd edib ki, üzərindən bir müddət keçməsinə baxmayaraq korporativ rəhbərliyi verilən göstərişə əməl etməyib.

 

 

Əlavə tikilən 2 mərtəbnin yaxın günlərdə sökünütüsünə başlanılacaq.

© xezerxeber.az

FOTOQALERIYA






324 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR