Koronavirus xəstələrinin sürətlə sağlamasına nə kömək edir?

07.08.2020 19:46

Türkiyəli loğman Turanşah Tümer yüksək dozalı C vitamininin Covid-19 xəstələrinin daha sürətli sağalmasına kömək etdiyini söyləyib.

Türkiyə mətbuatı xəbər verir ki, həkim C vitaminin yeni növ koronavirus müalicəsində rolundan danışıb:

"Tədqiqatlar göstərir ki, immunitet sistemini gücləndirən və xəstəliyin inkişaf riskini azaldan C vitamini Covid-19 xəstələrinə yüksək dozada verildiyi təqdirdə daha sürətli sağalmağa kömək edir. İmmunitetin ozon terapiyası və glutatyon əlavələri də immuniteti gücləndirmək üçün effekticdir.


Koronavirusun müalicəsində bir nəticə əldə edilməməsinə baxmayaraq, Covid-19 və buna bənzər xroniki xəstəliklərə qarşı bədən müqavimətini və immunitet sistemini gücləndirmək üçün alternativ müalicə üsullarının tətbiq edildiyi xəstələr bu dövrü daha az zərərlə başa vurur.

Vitamin C bir çox xroniki xəstəliklərə, xüsusən ürək-damar xəstəliklərinə qarşı qoruyucu xüsusiyyətə sahibdir. Lakin bədəndə saxlanılmır. Bu zaman gündəlik vitamin planına C vitamini mənbəyi olan qidaların daxil edilməsi tövsiyə olunur. Portağal, naringi, qreypfrut, kivi, ananas, çiyələk, limon, pomidor, qırmızı və yaşıl bibər, cəfəri, kahı, təzə qızılgül, ispanaq, brokkoli və kələm C vitamininin əsas mənbəyi kimi mütəmadi olaraq istifadə edilməlidir”./Publika.az

© xezerxeber.az


264 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR