Sahil Babayev: Bu il əhaliyə ödənişlər ötən illə müqayisədə 450 milyon manat artıq olub

05.08.2020 14:38

Əhalinin sosial müdafiəsinin güclədirilməsi ölkə başçısının həyata keçirdiyi siyasətin mərkəzində dayanır.

XəzərXəbər Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin bu gün keçirilən iclasında 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, bu il əhaliyə ödənişlər ötən illə müqayisədə 450 milyon manat artıq olub: "2020-ci ilin 6 ayının göstəricilərinə görə yaşa görə pensiyanın məbləği 307, ailə başçısının itirməyə görə isə 308 manata yüksəlib. MDB ölkələri ilə müqayisədə ölkəmizdə pensiyanın alıcılıq qabiliyyətinə görə birinci yerə yüksəlib".

Nazir qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 4784,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 40,8 milyon manat və ya 0,8 faiz azdır: "Azalma əsasən xərclərin optimallaşdırılması, əmək pensiyalarının və sosial müavinətlərin hesablanmasında, ödənilməsində nəzarətin və şəffaflığın daha da artırılması hesabına əldə olunub".

© xezerxeber.az


157 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR