DİN ötən gecə törədilən qətllərlə bağlı məlumat yaydı

04.08.2020 14:46

Daxili İşlər Nazirliyi Nərimanov rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

XəzərXəbər nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 3-də saat 20 radələrində Bakı şəhər sakini Rəşad Sadıqovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və aldığı xəsarətlərdən orada ölməsi barədə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə daxil olmuş məlumatla əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə bu cinayət əməlinin Bakı şəhər sakini İ.Xıdırov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Nərimanov rayon Prokurorluğunda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Bundan başqa avqustun 4-də saat 1 radələrində Bakı şəhər sakini A.Osmanlının Qazax rayonunun Qaymaqlı kəndində yaşadığı evdə ov tüfəngi ilə ehtiyatız davrandığından açılmış atəşdən arvadı Maralın ölməsi barədə Qazax Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. A.Osmanlı tutulub, ondan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

© xezerxeber.az


377 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR