Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Ronaldo getmək istədiyi klubun adını açıqladı

04.08.2020 12:16

"Yuventus" klubunun hücumçusu Kristiano Ronaldo PSJ-yə keçmək barədə düşünürmüş.

XəzərXəbər xəbər verir ki, 2019-cu ilin oktyabr ayında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Lokomotiv"lə oynanılan matçdan (2:1) sonra komandasının performansından narazı qalan Ronaldo özündən çıxıb. Qarşılaşmanın ardınca Andrea Anyelli, Pavel Nedved, Canluici Buffon və portuqaliyalı futbolçunun meneceri Jorje Mendeşin iştirakı ilə görüş keçirilib.

Məhz orada Ronaldo PSJ-yə keçmək istəyindən bəhs edib. O, Neymar və Kilian Mbappe ilə birlikdə oynamağın xəyalını qurduğunu bildirib. Portuqaliyalı oyunçunun braziliyalılarla münasibətləri yaxşıdır. Bununla yanaşı, o, Parisi sevir və orada yaşamaq istəyir.

2019-20 mövsümündə A Seriyasında 33 matçda meydana çıxan Ronaldo 31 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.(Fanat.az)

© xezerxeber.az


123 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR