Zebra, meymun, ceyran və müxtəlif növ quşlar - İsmayıllıda heyvanat parkı təşkil olunub - VİDEO

01.08.2020 20:51

İsmayıllıda heyvanat parkı təşkil olunub. Orada 20 növ heyvan saxlanır. Sakinlər bura gəlməkdən zövq alsalar da, heyvanların saxlandığı şəraitdən narazıdırlar. Heyvanların onlara uyğun qəfəslərdə saxlanmadığını və bunun da həmin heyvanlar üçün əziyyət olduğunu deyirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məsələnin araşdıracağı bildirilib.

 

Zebra, meymun, ceyran və müxtəlif növ quşlar…

Görüntülər İsmayıllı rayonunda yaradılmış heyvanat parkındandır. Burada 20 növ heyvan saxlanır. Rayonda belə bir parkın fəaliyyət göstərməsi yerli sakinləri, xüsusilə də uşaqları sevindirsə də, bu heyvanların saxlandığı şərait onları narahat edir...

Heyvanat parkının rəhbərliyi isə deyilən iddialarla razılaşmır. O deyir ki, zooparkdakı canlıların hər birinə öz xüsusiyyətinə uyğun yer ayrılıb.

Zooparkın nəzarətçisi Elxan Haşımovun sözlərinə görə, buradakı heyvanların hamısının lazımi sənədləri də var.

Qeyd edilib ki, mütəmadi olaraq zooparka baytar da dəvət olunur və heyvanları müayinə edir. Ehtiyac yarandıqda isə müalicə aparılır.

© xezerxeber.az

FOTOQALERIYA






350 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR