Karanka İngiltərə klubunun baş məşqçisi təyin edildi

01.08.2020 16:50

İngiltərənin "Birmingem" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 XəzərXəbər klubun saytına istinadla xəbər verir ki, Çempioşip təmsilçisini bundan sonra Aytor Karanka çalışdıracaq. İspaniyalı mütəxəssisin müqavilə şərtləri açıqlanmayıb.

46 yaşlı çalışdırıcı "Nottingem Forest", "Midlzbro" və İspaniyanın U-16 millisinin baş məşqçisi olub. O, 2010-2013-cü illərdə "Real"da Joze Mourinyonun köməkçisi olub.

© xezerxeber.az


274 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR