Gürcüstan XİN başçısı: “Ermənistan-Azərbaycan sərhədində baş verənləri aktiv müşahidə edirik”

16.07.2020 18:12

"Ermənistan-Azərbaycan sərhədində baş verənləri aktiv şəkildə müşahidə edirik”.

Bunu Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani Gürcüstanın "İctimai” kanalına müsahibəsində deyib.

O bildirib ki, münaqişə tərəflərinin iyulun 12-dən əvvəlki vəziyyətə geri qayıtmaları zəruridir: "Mənim hər iki nazirlə də telefon danışığım olub və vəziyyətlə bağlı öz səmimi mövqeyimizi, narahatlığımızı ifadə etmişəm. Onlar bizim mövqeyimizi bilirlər. Biz vəziyyətin daha da eskalasiyasında maraqlı deyilik, əksinə tərəflərin gərginliyin yarandığı tarixdən əvvəlki vəziyyətə qayıtması çox vacibdir”.

D. Zalkaliani qeyd edib ki, münaqişə ilk dəfə olaraq Dağlıq Qarabağ bölgəsindən kənarda, birbaşa Ermənistan-Azərbaycan sərhədində baş tutub: "Buna görə də daha çox ehtiyatlı olmaq lazımdır. Beynəlxalq aləmin bu prosesdə daha çox iştirakına ehtiyac var, hər şeydən əvvəl Minsk Qrupu həmsədrlərinin və beynəlxalq mexanizmlərin aktivləşdirilməsinə ehtiyac var. Gərginlik dərhal dayandırılmalı və beynəlxalq müzakirələrə, mexanizmlərə vəziyyətin de-eskalasiyası və sülh razılaşması üçün imkan yaradılmalıdır”. (APA)

© xezerxeber.az


294 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR