Neft Fondunun qızıl ehtiyatları artır

16.07.2020 16:30

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin ikinci rübündə 0,2 ton qızıl alıb.

Xezerxeber.az Neft Fondunun 2020-cu ilin 6 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, bu il iyunun 30-na ARDNF-in investisiya portfelində qızılın ümumi miqdarı 101,8 ton olub. İlin birinci rübünün yekunlarına olan məlumata görə isə Dövlət Neft Fondunun investisiya portfelində qızılın ümumi miqdarı 101,6 ton idi. Beləliklə də, Neft Fondu son 3 ayda 0,2 ton qızıl alıb.

Qeyd edək ki, hazırda qızıl investisiyaları Neft Fondunun investisiya portfelinin 13,6 faizini, ABŞ dolları portfelinin isə 5 milyard 797,4 milyon dollarlıq hissəsini təşkil edir.

© xezerxeber.az


234 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR