İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun mayoru Anar Novruzov qəhrəmancasına şəhid olub.
Şəhidin nəşi doğulduğu Masallı rayonunun Ərkivan qəsəbəsinə gətirilib. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, Milli Məclisin deputatları, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Ordumuzun şəhid olan mayoru Novruzov Anar Gülverdi oğlu Ərkivan qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, 44 yaşı olan Anar Novruzov ailəli idi, bir qız, bir oğlan övladı yadigar qaldı.
Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı övladına təhvil verilib.
© xezerxeber.azŞimal bölgəsində ən aşağı temperatur bu rayonda qeydə alınıb
Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı açıqlandı
Qiymətləndirmədən narazı qalan şagirdlərə ikinci şans veriləcək
Prezident və xanımı Şəhidlər xiyabanını ziyarət etdi - VİDEO
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
Məktəbdaxili qiymətləndirmə zamanı qiymətlər necə müəyyənləşəcək?
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Bu evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB