Dənizdə batan şəxsi xilas etmək istəyən 10 nəfər boğulub

11.07.2020 16:28

Misirdə dənizdə boğulan şəxsi xilas etmək istəyən 10 nəfər batıb.

Xezerxeber.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə Aralıq dənizinin İsgəndəriyyə sahillərində qeydə alınıb.

Nəticədə 11 nəfər dənizdə boğulub. Xilasedicilər 6 nəfərin cəsədini sudan çıxarıb. Digər şəxslərin axtarışları davam edir.

Qeyd edək ki, boğulan şəxslər çimərliyə qanunsuz daxil olublar. Misirdə koronavirus pandemiyasına görə çimərliklər qapalıdır.

© xezerxeber.az


206 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR