Fabrikdə baş verən partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb

05.07.2020 19:39

Türkiyənin Sakarya vilayətinin Hendek rayonunda yerləşən pirotexniki vasitələrin istehsalı fabrikində baş vermiş partlayışdan sonra dağıntılar altından daha iki nəfərin cəsədi çıxarılıb. Bununla hadisə nəticəsində həlak olanların sayı 6-ya çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Sakarya valisi Çetin Oktay Kaldırım bildirib.

Hazırda dağıntılar altında qaldığı ehtimal edilən bir nəfərin axtarışlarının davam etdirildiyini deyən vali, partlayış zamanı xəsarət alan 122 nəfərin xəstəxanaya yerləşdirildiyini, onlardan 114-nün artıq evə buraxıldığını söyləyib. Digər işçilərdən beşinin vəziyyəti normal, üçünün isə orta ağır olaraq qiymətləndirilir.

Xatırladaq ki, hadisə iyulun 3-də baş verib.

© xezerxeber.az


308 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR