Ermənistanda hərbçilər yol qəzasına düşüb

05.07.2020 10:23

Ermənistanda yol qəzası baş verib.

Ermənistan mətbuatının yazdığına görə, hadisə Tavuş vilayətində qeydə alınıb.

Belə ki, Müdafiə Nazirliyinə məxsus "KaMAZ" markalı avtomobil qəzaya uğrayıb. Hadisə nəticəsində 7 hərbi qulluqçu xəsarət alıb. Onlar hərbi hospitala yerləşdiriliblər.

Qəzanın hansı şəraitdə baş verdiyi məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

© xezerxeber.az


133 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR