“Yuventus” Turin derbisində qalib qəlib

05.07.2020 10:14

İyulun 3-də futbol üzrə İtaliya A Seriyasının 30-ci turunun növbəti oyunu keçirilib.

Xezerxeber.az xəbər verir ki, Turin derbisində "Yuventus” "Torino” klubunu qəbul edib. Görüş "Yuventus”un böyük hesablı qələbəsi ilə başa çatıb - 4:1.

"Qoca sinyora”nın heyətində Paulo Dibala, Juan Kuadrado, Kriştiano Ronaldo və Koffi Djiji (avtoqol) fərqləniblər. "Torino”nun heyətində isə təsəlli qola Andrea Belotti imza atıb.

Bu qələbədən sonra xal ehtiyatını 75-ə çatdıran "Yuventus” turnir cədvəlində liderliyi davam etdirir. "Torino” isə 31 xalla 15-ci yerdə qərarlaşıb.

© xezerxeber.az


159 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR