ABŞ AÇIQLADI: “Gəmilərimiz bölgəyə gedir” - Yeni MÜHARİBƏ BAŞLAYIR?

04.07.2020 16:26

Çin ordusunun Cənubi Çin dənizində hərbi təlim planına cavab olaraq ABŞ bölgəyə döyüş təyyarələri göndərəcək.

ABŞ Hərbi Dəniz Qüvvələrinin hücum qrupu komandiri admiral Corc Vikof Cənubi Çin dənizinə iki ədəd təyyarədaşıyan gəmi göndərəcəklərini deyib.

Bu barədə Vikof "Wall Street" jurnalına açıqlama verib:

"Məqsəd tərəfdaşlarımıza, müttəfiqlərimizə regional təhlükəsizlik və sabitliyə sadiq olduğumuzu açıq şəkildə göstərməkdir. İki daşıyıcı gəminin bölgəyə göndərilməsi dünyadakı hər hansı siyasi və ya digər hadisəyə cavab deyil. Bu, ABŞ Hərbi Dəniz Qüvvələrinin Hind-Sakit okean boyunca təhlükəsizliyi, sabitliyi və rifahı yaxşılaşdıra biləcəyinin bir yoludur".

Vikof hərbi manevrlərin Pekinin rəhbərlik etdiyi təlimlərə cavab olmadığını, rəsmi Pentaqonun "sabitliyin təmin olunması" səylərinin davamı olduğunu bildirib.

Qeyd edək ki, ABŞ Çinin mübahisəli bölgələrdəki hərbi təlimlərinin regional gərginliyi artırdığını iddia etmişdi. Rəsmi Pekin isə Pentaqonun Cənubi Çin dənizindəki hərbi təlimləri tənqid etməsinin bölgənin sabitliyinə təsir göstərdiyini bildirmiş və ABŞ kimi regiona daxil olmayan ölkələri günahlandırmışdı./Publika.az

© xezerxeber.az


142 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR